Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı  fakt təsdiqini tapıb. Tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə,faktla bağlı kənd sakinləri barəsində protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozucularının hər biri 600 manat məbləğində cərimə olunub. Tullantıların kollektora və suvarma arxına atılmasının qarşısının alınması üçün Gödəkqobu bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

            Qəzənfər  QASIMOV,

              “Xalq  qəzeti”

 

                   

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında