“Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik

eco.gov.az saytından aldığımız xəbərə görə, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 iyun 2018- ci il tarixində Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib.

Nazirliyin  əməkdaşlarının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 50 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, “Ümumdünya ətraf mühitin mühafizəsi günü”  ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Hər il “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi,  bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi aktuallaşıb və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar  5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib, növbəti ildən həmin gün bütün dünyada qeyd olunmağa başlanıb.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında