Nazir İctimai Ekoloji Şuranın üzvləri ilə görüşüb

 Nazir Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvləri ilə görüşüb.

Şuranın üzvləri və fəaliyyəti ilə tanışlıq xarakteri daşıyan görüşdə  perspektiv fəaliyyət istiqamətləri, ekoloji problemlərin həllində vətəndaş cəmiyyətinin rolu barədə ətraflı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Görüşdə M.Babayev həlli vacib olan ekoloji problemlərin aradan qaldırılmasında effektivliyin təmin olunması məqsədilə İctimai Ekoloji Şura tərəfindən təkliflərin hazırlamasına önəm verdiyini və Şuranın ictimaiyyətlə əlaqələndirici rolunun vacibliyini bildirib. O, Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olmasını, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradılmasını və bu cür görüşlərin mütəmadi keçirilməsini tövsiyyə edib.

İctimai Ekoloji Şuranın üzvləri çıxış edərək ETSN-nin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini bildirib və bir sıra aktual məsələlərə dair təkliflərini səsləndiriblər.

            Qəzənfər QASIMOV,

            “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında