YAP-ın 25-ci ildönümü münasibətilə başlanan ağacəkmə kampaniyası başa çatıb

Kampaniya müddətində ümumilikdə 700 mindən çox ağac əkilib

Mayın 12-də Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan “700 min ağac əkək” kampaniyasına yekun vurulub.

YAP-ın yaranmasının 25 illiyi münasibətilə keçirilən kampaniyanın Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində keçirilən son ağacəkmə aksiyasında YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, partiyanın fəalları, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu aksiya Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədardır. Kampaniya çərçivəsində YAP-ın üzvlərinin sayı qədər – 700 min ağac əkilməsinin nəzərdə tutulduğunu bildirən Əli Əhmədov deyib: “Kampaniya ötən ilin noyabr ayından başlayıb. Bu günə qədər YAP üzvləri tərəfindən Azərbaycanın bütün regionlarında 700 mindən çox ağac əkilib. Bu gün kampaniyaya yekun vurulur. Partiyamızın üzvləri bu təşəbbüsə yüksək fəallıqla qoşuldular. Bu kampaniyanın mənası ondan ibarətdir ki, YAP ekologiyanın təmizliyinə, yaşıllaşdırma işlərinə öz töhfəsini verir. Ümummilli lider Heydər Əliyev həmişə yaşıllaşmaya, ağac əkilməsinə böyük önəm verib. Prezident İlham Əliyev də yaşıllaşdırma işlərinə böyük önəm verir və bu günlərdə burada şəxsən ağac əkib. Ən güclü partiya olaraq bütün sahələrdə örnək olduğu kimi partiyamız ekoloji tarazlığın təmin edilməsi sahəsində də öz rolunu oynamalıdır və ­oynayır”.

Əli Əhmədov bildirib ki, bu cür kampaniyalar ekologiyanın qorunub saxlanmasında mühüm rol oynamaqla yanaşı, mütəşəkkilliyin də göstəricisidir. “Məmnunluq hissi ilə demək istəyirəm ki, partiya bütün sahələrdə öz mütəşəkkilliyini gücləndirmək üçün müxtəlif formalardan istifadə edir və bu kampaniya da onlardan biridir”, – deyə Baş nazirin müavini vurğulayıb.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında