Daxili su hövzələrinin problemləri mövzusunda konfrans keçiriləcək

12-14 may tarixlərində Bakıda “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

www.science.gov.az saytının məlumatına görə,  Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən alimlərin iştirak edəcəyi tədbirin təşkilatçıları AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsidir.

Konfransın keçirilməsində əsas məqsəd Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yollarının araşdırılması, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsidir.

Ünvan: Bakı şəh., Kövkəb Səfərəliyeva küçəsi 5 (Holiday Inn hoteli).

 

                                                                                      Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında