Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətdə olub.

www.science.gov.az saytı yazır ki, məqsəd Miçiqan Universitetinin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Natan Niyemi ilə birgə “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusuna dair tədqiqatların aparılmasıdır. Bu tədqiqatların nəticəsi olaraq Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur.

Səfər ərzində müəyyən ilkin nəticələr əldə olunub və onların işlənilməsi, interpretasiyası və təhlili üzərində işlər aparılıb. Alınmış nəticələr tezliklə elmi ictimaiyyətin müzakirəsinə çıxarılacaq və xarici jurnallara təqdim olunacaq.

 

                                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında