Gəncədə “700 min ağac əkək” kampaniyası başlanıb

Gəncədə “700 min ağac əkək” kampaniyası başlanıb. Kampaniya çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif  Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatı idarə heyətinin, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər. YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd xurma ağacı əkiblər. Onlar ağac əkməklə yanaşı, təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirlərini bölüşən Naqif Həmzəyev “700 min ağac əkək” kampaniyasının aprel ayının sonuna qədər davam edəcəyini, onun Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini deyib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında