Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat məqsədləri üçün ayrılmış ödənişsiz efir vaxtını bölmək məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında
 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatma ərəfəsindədir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, prezidentliyə namizədlərin İctimai teleradio verilişləri təşkilatının kanallarında seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti  bu məqsədlə qanunvericilikdə nəzərdə tutulandan artıq həcmdə efir vaxtı ayırmışdır. Bu vaxtın hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı,  püşkatmanın yeri və vaxtı müəyyən olunaraq bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilməli, maraqlı subyektlər məlumatlandırılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən, həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında onların verdikləri ərizə əsasında ödənişsiz efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölünməsi məqsədilə püşkatma keçirilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyasının və teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın yeri və vaxtı haqqında məlumatlar rəsmi dərc edilməklə keçirilir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 – 80.7-ci maddələrinə əsasən   qərara  alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtını bölmək məqsədilə Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:

Qabil Orucov    – Mərkəzi Seçki   Komissiyasının üzvü

Fuad Cavadov   – Mərkəzi Seçki Komissiyasının üzvü

Almaz Qəhramanlı  – Mərkəzi Seçki  Komissiyasının üzvü

Şahin Əsədli     – Mərkəzi Seçki  Komissiyası Katibliyi

   Media və ictimai əlaqələr şöbəsinin müdiri

2. Püşkatma 2018-ci il martın 19-u saat 16.00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçirilsin.

3. Bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilsin, maraqlı subyektlər məlumatlandırılsın.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                 Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında