Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 89

Bakı şəhəri, 13 mart 2018-ci il

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında

“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3724 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 28 fevral tarixli 3725 nömrəli, “Səhiyyə  müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3731 nömrəli, “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 1 mart tarixli 3732 nömrəli,  “Mədəniyyət, gənclər və idman  müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3741 nömrəli, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3743 nömrəli, “Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3744 nömrəli, “Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli 3745 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı  (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 618;  2017,  № 4, maddə 673; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 yanvar tarixli 14 nömrəli qərarı) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).

3. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il
13 mart tarixli 89 nömrəli qərarına 1 nömrəli əlavə

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

143

2

146

3

149

4

152

5

155

6

161

7

167

8

174

9

182

10

190

11

198

12

206

13

216

14

231

15

251

16

294

17

396

18

535

19

825

 

 

 

 

Ağa-Bala Hacıyev
 Aparatın rəhbəri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il
13 mart tarixli 89 nömrəli qərarına 2 nömrəli əlavə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən  elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin
 Vahid Tarif  Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı
(manatla)

 

 

1

160

2

168

3

176

4

184

5

192

6

200

7

208

8

216

9

227

10

240

11

253

12

267

13

281

14

306

15

335

16

388

17

495

18

634

19

875

 

Ağa-Bala Hacıyev
Aparatın rəhbəri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında