Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 81

Bakı şəhəri, 7 mart 2018-ci il

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 812-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 dekabr tarixli 3454 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “Məhkəməsinin” sözündən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri əlavə edilsin.

2. 2-ci hissədən “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri çıxarılsın və həmin hissəyə “Konstitusiya Məhkəməsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Ali Məhkəməsi” sözləri, “Konstitusiya Məhkəməsinin,” sözlərindən sonra isə “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri əlavə edilsin.

3. 3-cü hissədən “Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri,” sözləri çıxarılsın və həmin hissəyə “Konstitusiya Məhkəməsinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri əlavə edilsin.

Artur RASI-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında