Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 47

Bakı şəhəri, 13 fevral 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral
tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər. Əvvəlki illərin məzunları isə Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim edirlər:”.

2. 2.1.2-ci yarımbənddə “tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.”.

4. 3.1-ci bəndin ikinci, üçüncü və dördüncü cümlələri aşağıdakı redaksiyada verilsin:

“Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.”.

5. Qaydaların 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” üzrə:

5.1. I ixtisas qrupu sütunu üzrə:

5.1.1. “42. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv edilsin;

5.1.2. aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilsin:

“79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

83. Şəhərsalma

84. Şərabçılıq”;

5.2. II ixtisas qrupu sütununa aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilsin:

“21. Davamlı inkişafın idarə edilməsi

22. İdman menecmenti və ­kommunikasiya”;

5.3. IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilsin:

“16. Bitki mühafizəsi

17. Bağçılıq və tərəvəzçilik

18. Bədən tərbiyəsi və idmanda reabilitasiya”;

5.4. V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilsin:

“22. Məşqçi (idman növü üzrə)

23. Rəqs müəllimliyi”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında