Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 6 fevral 2018-ci il tarixli 1/1 saylı qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim planının təsdiq edilməsi məqsədə müvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 177-203, 207-ci və 208-ci maddələrinə uyğun olaraq qərara alır:

1. “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilsin.

2. Təqvim planı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib     Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında