Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 25 

 Bakı şəhəri, 31 yanvar 2018-ci il

“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli  817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr  tarixli 1669 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1900) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin.

2. Preambulasının birinci abzasına “17.3-cü bəndinin” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinin” sözləri, ikinci abzasına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” üzrə:

3.1. adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin;

3.2. 1.1-ci bəndə “17.3-cü bəndinə” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinə” sözləri əlavə edilsin və həmin bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər növündə cəza və ya inzibati tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.3. 1.2-ci bənddə “belə cəzaya məhkum olunmuş” sözləri “və ya inzibati tənbehi barəsində belə cəza və ya tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.4. 1.3-cü bənddə “İctimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin və həmin bəndə “cəzaların icrası,” sözlərindən sonra “inzibati xətalar,” sözləri əlavə edilsin;

3.5. 1.4-cü bəndə “Cəzaların İcrası Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri əlavə edilsin və həmin bənddə “ictimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.6. 1.5-ci bənddə “cəzaya məhkum olunmuş şəxslərin cəzasının icrası zamanı onların” sözləri “cəzanın və ya inzibati tənbehin icrası zamanı barəsində bu cəza və ya tənbeh tətbiq edilən şəxslərin” sözləri ilə əvəz edilsin;

3.7. 1.6-cı bənddə “ictimai işlər növündə cəzaya məhkum edilmiş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.8. 2-ci hissənin adında, 2.1-ci bənddə, 3-cü hissənin adında, 3.4-cü, 3.5-ci bəndlərdə, 4-cü hissənin adında, 4.1-ci və 4.3-cü bəndlərdə “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.9. 3.1-ci bəndə “işlər növündə cəzanın” sözləri “işlərin” sözü ilə, “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.10. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.”;

3.11. 3.7-ci bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.12. 3.8-ci bəndin birinci cümləsində “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə, ikinci cümləsində “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin.

 Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında