Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 19

   Bakı şəhəri, 19 yanvar 2018-ci il

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 avqust tarixli 330 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 avqust tarixli 330 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1618) adında və 1-ci hissəsində “Respublika” sözü “tabeliyində” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında