Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 4

Bakı şəhəri, 9 yanvar 2018-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda dəyişikliklər edilməsi barədə

          

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli  765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə 1343; 2017, № 2, maddə 325, № 5, maddə 984) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. I bölmənin adında “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin.

 2. “Tədbirlərin məzmunu” sütunu üzrə:

2.1. 1-ci hissədə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun  büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənd üzrə:

2.2.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə, “göstəricilərin proqnozları” sözləri “göstəricilər” sözü ilə əvəz edilsin;

2.2.2. üçüncü abzasda “və sosial sığorta ayırmaları” sözləri “, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ayırmalar” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4. 1.3-cü bənd üzrə:

2.4.1. birinci  abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4.2. “a”, “c” və “e” abzasları aşağıdakı redaksiyada verilsin:

“a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun daxilolma mənbələri üzrə faktiki, gözlənilən və ilkin proqnoz gəlirləri barədə müqayisəli məlumatlar;

c) məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin borcları barədə məlumatlar;

e) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) faktiki, gözlənilən və ilkin proqnoz xərcləri barədə müqayisəli məlumatlar;”;

2.5. 1.4-cü və 1.5-ci bəndlərdə “Fondunun” sözü “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.6. 4.1-ci bəndin “a” abzası aşağıdakı redaksiyada verilsin:

“a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və  işsizlikdən sığorta fondunun  büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və  işsizlikdən sığorta fondunun  büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;”;

2.7. 4.3-cü bənddə “Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun  xəzinə” sözləri ilə əvəz edilsin və həmin bəndə ismin müvafiq hallarında “rayon şöbələri” sözlərindən sonra “ismin müvafiq hallarında “Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri” sözləri əlavə edilsin.

3. “Əhatə olunan dövr” sütunu üzrə 1.3-cü bəndin “a” abzasında “Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən” sözləri “Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün” sözləri ilə əvəz edilsin.

4. 1.1-ci bəndin ikinci abzası ləğv edilsin.

5. 1.3-cü bəndin “b”, “d” və “ə” abzasları ləğv edilsin.

6. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının  Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında