№ 1
Bakı şəhəri, 5 yanvar 2018-ci il
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 397-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1164 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 5 yanvar
tarixli 1 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi
NORMALARI
1. Ümumi müddəalar
1.1. Bu Normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir.
1.2. Bu Normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir.
1.3. Bu Normalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. yaşıllıq norması - bir adama düşən yaşıllıq sahəsi;
1.3.2. yaşıllıq faizi - yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin tikinti üçün ayrılmış əraziyə nisbəti;
1.3.3. ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar;
1.3.4. məhdud istifadəli yaşıllıqlar - məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar;
1.3.5. xüsusi təyinatlı yaşıllıqlar - sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar);
1.3.6. yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı, onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd);
1.3.7. şəhər - əhalisinin sayı 15 min nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahidi;
1.3.8. qəsəbə - əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfat, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və digər sahələrdə işləyən ərazi vahidi;
1.3.9. kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahidi.
2. Ərazi planlaşdırılması sənədlərinə əsasən yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları
2.1. Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.
2.2. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.
2.3. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumi istifadədə olan yaşıllıqların norması bu Normalara 1 nömrəli əlavədə müəyyən olunur.
2.4. Ümumi istifadədə olan yaşıllıqların ərazi balansı bu Normalara 2 nömrəli əlavədə müəyyən olunur.
2.5. Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı bu Normalara 3 nömrəli əlavədə müəyyən olunur.
2.6. Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı xüsusi təyinatlı yaşıllıqların ərazi balansı bu Normalara 4 nömrəli əlavədə müəyyən olunur.
__________________
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na
1 nömrəli əlavə
Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə
ümumi istifadədə olan yaşıllıqların
N O R M A S I
İnzibati ərazi vahidi (dairəsi)
|
Bir adama düşən yaşıllıq sahəsi (m2-lə)
|
Şəhərlər:
çox iri
iri
böyük
orta
kiçik
|
10
10
9
7
8
|
Qəsəbə
|
8
|
Kənd
|
12
|
Qeydlər:
1. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir.
2. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir.
3. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.
4. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.
__________________
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na
2 nömrəli əlavə
Ümumi istifadədə olan yaşıllıqların ərazi balansı
Yaşıllıq sahələri
|
Yaşıllıqlarla örtülü sahə
(faizlə)
|
Yollar və meydançalar
(faizlə)
|
Qurğular
(faizlə)
|
Ümumşəhər mədəniyyət və istirahət parkları
|
78
|
16
|
6
|
Rayon mədəniyyət və istirahət parkları
|
76
|
17
|
7
|
Meşə-parklar
|
93
|
5
|
2
|
Yaşayış rayonlarının (massivlərinin) bağları
|
73
|
25
|
2
|
Mikrorayonların bağları
|
72
|
25
|
3
|
Bağçalar
|
69
|
28
|
3
|
Bulvarlar
|
55
|
43
|
2
|
__________________
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na
3 nömrəli əlavə
Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli
yaşıllıqların ərazi balansı
Məhdud istifadəli yaşıllıqların yerləşdiyi obyektlər
|
Yaşıllıq faizi
|
Məhəllədaxili
|
25
|
Təhsil müəssisələri:
məktəbəqədər və ümumtəhsil müəssisələri
ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələri
|
40
40
|
Səhiyyə müəssisələri
|
50
|
Mədəni-məişət müəssisələri
|
30
|
Qeyd. Sənaye müəssisələri tikintisinin layihələndirilməsi zamanı yaşıllıq sahəsinin xüsusi çəkisi istehsalatın təyinatından asılı olaraq tənzimlənməlidir.
__________________
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na
4 nömrəli əlavə
Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı xüsusi
təyinatlı yaşıllıqların ərazi balansı
Xüsusi təyinatlı yaşıllıqların yerləşdiyi ərazilər
|
Yaşıllıq faizi
|
Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonası:
eni 300 metrədək olduqda
300 metrdən 1000 metrədək olduqda
1000 metrdən 3000 metrədək olduqda
|
60
50
40
|
Magistral dəmir və avtomobil yollarının mühafizə zonası
|
50
|
Xatirə kompleksləri (xiyabanlar)
|
60
|
Qəbiristanlıqlar
|
15
|
Suburaxma qabiliyyəti 30 kubmetr/saniyədən çox olan su kanallarının mühafizə zonası
|
25
|
Enerji kəmərlərinin mühafizə zonası
|
10
|
Qeydlər:
1. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.
2. Ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər.
3. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələn-dirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.
4. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.
__________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.