Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 584

 Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

1. “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahı”sı təsdiq edilsin (əlavə olunur).

2. Dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdiril-məsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

 

Kabinetinin 2017-ci il 21 dekabr

tarixli 584 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların

 

SİYAHISI

 

  1.  Azərbaycan Milli Elmlər Akademiyası üzrə:

 

  1. Fizika İnstitutu;
  2. Riyaziyyat və Mexanika İnstitutu;
  3. İdarəetmə Sistemləri İnstitutu;
  4. Radiasiya Problemləri İnstitutu;
  5. İnformasiya Texnologiya­ları İnstitutu;
  6. Biofizika İnstitutu;
  7. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;
  8. Akademik Y.Məmməd­əliyev adına Neft-Kimya Prosesləri İnstitutu;
  9. Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;
  10. Polimer Materialları İnstitutu;
  11. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu;
  12. Geologiya və Geofizika İnstitutu;
  13. Neft və Qaz İnstitutu;
  14. Akademik H.Əliyev adına Coğrafiya İnstitutu;
  15. Respublika Seysmoloji Xidmət Mərkəzi;
  16. Təbiət Tarixi Muzeyi;
  17. Botanika İnstitutu;
  18. Zoologiya İnstitutu;
  19. Akademik A.Qarayev adına Fiziologiya İnstitutu;
  20. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;
  21. Mikrobiolo­giya İnstitutu;
  22. Dendrologiya İnstitutu;
  23. Mərkəzi Nəbatat Bağı;
  24. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;
  25. Genetik Ehtiyatlar İnstitutu;
  26. N.Gəncəvi adına Ədəbiyyat İnstitutu;
  27. Nəsimi adına Dilçilik İnstitutu;
  28. Folklor İnstitutu;
  29. Memarlıq və İncəsənət İnstitutu;
  30. M.Füzuli adına Əlyazmalar İnstitutu;
  31. A.Bakıxanov adına Tarix İnstitutu;
  32. Arxeologiya və Etnoqrafiya İnstitutu;
  33. Fəlsəfə İnstitutu;
  34. Hüquq və İnsan Haqları İnstitutu;
  35. İqtisadiyyat İnstitutu;
  36. Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;
  37. Milli Azərbaycan Tarixi Muzeyi;
  38. N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
  39. Elm Tarixi İnstitutu;
  40. Qafqazşünaslıq İnstitutu;
  41. Hüseyn Cavidin Ev Muzeyi;
  42. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
  43. Lənkəran Regional Elmi Mərkəzi;
  44. Şəki Regional Elmi Mərkəzi;
  45. Mərkəzi Elmi Kitabxana;
  46. “Elm” Nəşriyyatı.

 

Naxçıvan bölməsinin:

 

  1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
  2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
  3. Təbii Ehtiyatlar İnstitutu;
  4. Bioresurslar İnstitutu;
  5. Batabat Astrofizika Rəsədxanası;
  6. Əlyazmalar Fondu

 

Gəncə bölməsinin:

 

  1. Humanitar Tədqiqatlar İnstitutu;
  2. Diyarşünaslıq İnstitutu;
  3. Nizami Gəncəvi Mərkəzi;
  4. Bioresurslar İnstitutu;
  5. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;
  6. Aqrar Problemlər İnstitutu;
  7. Nəbatat Bağı.
  1.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə:

 

  1. Azərbaycan Respublikasının Təhsil İnstitutu;
  2. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu;
  3. Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu;
  4. Azərbaycan Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya”  Elmi-Tədqiqat İnstitutu;
  5. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu;
  6. Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” Elmi-Tədqiqat Laboratoriyası.

 

  1.  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

 

  1. Milli Onkologiya  Mərkəzi;
  2. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi;
  3. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;
  4. M.Topçubaşov adına Cərrahiyyə Mərkəzi;
  5. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;
  6. Elmi-Tədqiqat Mamalıq-Gineko­lo­gi­ya İnstitutu;
  7. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;
  8. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;
  9. V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;
  10.  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu;
  11.  Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu;
  12.  Ə.Əliyev adına Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutu. 

 

  1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə:

 

  1. Əkinçilik Elmi-Tədqiqat İnstitutu;
  2. Baytarlıq Elmi-Tədqiqat İnstitutu;
  3. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu;
  4. Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu;
  5. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu;
  6. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu;
  7. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu;
  8. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu.
  1.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə:

 

  1. Mineral Xammal Elmi-Tədqiqat İnstitutu;
  2. Hidrometeo­rologiya Elmi-Tədqiqat İnstitutu;
  3. Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu;
  4. Elmi-Tədqiqat Meşəçilik İnstitutu.

 

  1.  Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə:

 

  1. Milli Aerokosmik Agentliyi (MAKA).

 

  1.  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə:

 

  1. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi.

 

  1.  Azərbaycan Respublikasınıİqtisadiyyat Nazirliyi üzrə:

 

  1. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu.

 

  1.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:

 

  1. Məhkəmə Ekspertiza Mərkəzi.

 

  1.  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

 

  1. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi

 

  1.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə:

 

  1. Maliyyə Elm-Tədris Mərkəzi

 

  1.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə:

 

  1. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz

 

  1.  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə:

 

  1. Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi.

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında