Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 583

Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №4, maddə 481; 2016, №8, maddə 1449) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Beynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü”ndə “1.1.1.1.” rəqəmləri “1.” rəqəmi ilə əvəz edilsin.

2. Həmin qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş “Beynəlxalq standartlara uyğun xarici borc statistikası və beynəlxalq investisiyalar balansına daxil olan göstəricilərin siyahısı və strukturu” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. 6-cı hissə ləğv edilsin.

 Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında