Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 579

Bakı şəhəri, 21 dekabr 2017-ci il

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart ­tarixli 52 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10, maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360; 2014, № 12, maddə 1662) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın sonuna aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və onda dəyişikliklər edilməsinə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpasına əsas verən sənədlər (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.”.

 Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında