Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 560

Bakı şəhəri, 15 dekabr 2017-ci il

“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 337) ilə təsdiq edilmiş   1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənddə “Agentliyin tabeliyində olan və tabeliyində olmayan qurumlarda yaradılan milli” sözləri “Milli” sözü ilə əvəz edilsin.

2. 2.10-cu bənddən “və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar” sözləri və “büdcədənkənar xüsusi vəsaitləri” sözləri çıxarılsın.

3. Qaydalara əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”yə “Agentliyinin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında