Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 553

   Bakı şəhəri, 14 dekabr 2017-ci il

 

“Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının  attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 682-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1513 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:

“Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilsin  (əlavə olunur).

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 14 dekabr

tarixli 553 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının daxili işlər orqanları

əməkdaşlarının attestasiyasının keçirilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

  1.1. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 45-ci maddəsinə əsasən hazırlanmışdır və daxili işlər orqanları əməkdaşlarının (bundan sonra - əməkdaşlar) attestasiya-sının keçirilməsi qaydalarını müəyyən edir.

  1.2. Attestasiya əməkdaşların işgüzar, mənəvi və şəxsi keyfiyyətlərini tam və obyektiv qiymətləndirmək, xidmətə və tutduğu vəzifəyə uyğunluq dərəcəsini müəyyən etmək məqsədi ilə keçirilir.

  1.3. Bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslər istisna olmaqla, hər bir əməkdaşın attestasiyası 5 (beş) ildə bir dəfədən çox olmayaraq keçirilir.

1.4. Aşağıdakı əməkdaşların attestasiyası keçirilmir:

1.4.1. vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş əməkdaşlar;

1.4.2. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşlar;

1.4.3. hamilə qadınlar;

1.4.4. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

1.4.5. bir vəzifədə faktiki olaraq bir ildən az müddətdə çalışan əməkdaşlar;

1.4.6. eyni vəzifədə azı üç dəfə attestasiyadan keçirilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş əməkdaşlar.

2. Attestasiya komissiyalarının yaradılması və işinin təşkili

2.1. Attestasiyanın keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində mərkəzi attestasiya komissiyası (bundan sonra – MAK), Daxili İşlər Nazirliyinin baş idarə, idarə və şöbələrində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, eləcə də digər daxili işlər orqanlarında attestasiya komissiyaları yaradılır.

2.2. Attestasiya komissiyası kollegial orqandır və azı 5 (beş) nəfərdən ibarət olmaqla sədrdən, katibdən və digər üzvlərdən təşkil olunur.

2.3. MAK-nin tərkibi Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir və nazirin müavinlərindən biri MAK-yə sədr təyin olunur.

2.4. Digər attestasiya komissiyalarının tərkibi müvafiq orqanın rəisinin əmri ilə təsdiq olunur və onun müavinlərindən biri sədr təyin edilir.

2.5. Attestasiya komissiyasında baxılan məsələlərin hərtərəfli araşdırılmasının və obyektivliyinin təmin edilməsi məqsədi ilə attestasiya keçirilərkən, aidiyyəti vəzifəli şəxslər, digər əməkdaşlar və mütəxəssislər dəvət edilə, habelə baxılan məsələ ilə əlaqədar əlavə materiallar tələb oluna bilər.

2.6. Attestasiya komissiyasının sədri attestasiyaya hazırlıq prosesinə nəzarət edir və komissiyanın iclaslarını aparır.

2.7. Attestasiya komissiyasının iclası üzvlərinin ən azı üçdə iki hissəsi iştirak etdikdə keçirilir.

2.8. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə iclasın keçirilməsinə 5 (beş) iş günü qalmış məlumat verilir.

2.9. Attestasiya komissiyasının gəldiyi nəticə açıq səsvermə yolu ilə, sadə səs çoxluğu əsasında qəbul edilir. Səslər bərabər olduqda, əməkdaş attestasiyadan keçmiş hesab olunur. Attestasiya komissiyasının üzvü olan vəzifəli şəxs attestasiyadan keçərkən, səsvermədə iştirak etmir.

2.10. Attestasiya komissiyasının iclasları kargüzarlıq qaydasında protokollaşdırılaraq qeydiyyata alınır.

2.11. MAK-də bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş rəhbər şəxslərin və attestasiya komissiyaları tərəfindən daxili işlər orqanlarında xidmətə tam yararsız hesab olunan orta və böyük rəis heyətinin attestasiyası keçirilir, eləcə də attestasiya komissiyalarının qərarlarından verilmiş şikayətlərə baxılır.

2.12. MAK-nin fəaliyyətinin təşkil edilməsi və digər attestasiya komissiyalarının işinə nəzarət Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən həyata keçirilir.  

  2.13. Orta və böyük rəis heyətinin attestasiyası tabe olduqları baş idarə, idarə və xidmətlərdə, sıravi və kiçik rəis heyətinin attestasiyası isə xidmət etdikləri orqan və nizami polis hissələrinin attestasiya komissiyalarında keçirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna daxil olan baş idarə, idarə və şöbələrin attestasiya komissiyalarında attestasiyası keçirilməli olan sıravi və rəis heyətinin siyahısı bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirilir.

2.14. Attestasiya komissiyasının yaradılması mümkün olmayan orqanın əməkdaşları yuxarı orqanın attestasiya komissiyasında, xidmət rəhbərinin iştirakı ilə attestasiyadan keçirilirlər.      

3. Attestasiya vərəqəsinin tərtib olunması və attestasiyanın keçirilməsi

3.1. Əməkdaşın attestasiya olunması üçün zəruri məlumatlar bu Qaydanın 4 nömrəli əlavəsindəki nümunəyə uyğun tərtib edilən attestasiya vərəqəsinə yazılır.

3.2. Attestasiya vərəqəsi – orta və böyük rəis heyəti barədə orqan və hissə rəisləri (komandirləri), sıravi və kiçik rəis heyəti barədə isə birbaşa rəisləri (komandirləri) tərəfindən tərtib edilir.

3.3. Rəis (komandir) tabeliyində olan əməkdaşla 6 (altı) aydan az birgə işlədikdə, attestasiya vərəqəsini rəisin (komandirin) müavini, əməkdaşın xidmət rəhbəri və ya birbaşa rəisi (komandiri) tərtib edə bilər.

3.4. Müavinlər istisna olmaqla, bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş vəzifəli şəxslər üçün attestasiya vərəqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən tərtib edilir.

3.5. Attestasiya vərəqəsi tərtib edilərkən, attestasiyanın mətnində əməkdaş hərtərəfli xarakterizə olunaraq, onun aşağıdakı xüsusiyyətləri əks etdirilməlidir:

3.5.1. qanunların tələblərinə riayət etməsi, intizamlı olması, işgüzarlığı, təşəbbüskarlığı, tələbkarlığı, tapşırılan sahəyə məsuliyyət hissi, kollektivdə hörməti, xidməti sirləri saxlamaq bacarığı, dövlətə sədaqəti, vətənpərvərlik hissi, mənəvi saflığı;

3.5.2. peşə hazırlığı səviyyəsi, xidmətin çətinliklərinə dözümlülüyü, ekstremal vəziyyətlərdə qərar qəbul etmək bacarığı, insanlarla ünsiyyəti, davranışı, təmkinliliyi, öz fəaliyyətinə tənqidi münasibəti, hər hansı bir məsələnin həllində müstəqilliyi, qətiyyəti və öz üzərinə məsuliyyət götürmək bacarığı;

3.5.3. peşəsinə və ixtisasına dair nəzəri bilik səviyyəsi, texniki və xüsusi vasitələrdən, tabel silahından istifadə bacarığı;

3.5.4. ümumi intellektual inkişaf səviyyəsi, dünyagörüşü, işdə yeni qabaqcıl təcrübəni mənimsəməyə çalışması;

3.5.5. xarici görünüşü (xüsusi geyim forması qaydalarına riayət etməsi, səliqəsi), fiziki hazırlığı və sağlamlıq vəziyyəti;

3.5.6. şəxsi heyəti verilmiş tapşırıqların həllinə səfərbər etmək qabiliyyəti.

3.6. Əməkdaş attestasiyanın mətni ilə tanış edilməlidir. Əməkdaş attestasiya vərəqəsini imzalamaqdan imtina etdikdə, bu barədə akt tərtib edilir və attestasiya vərəqəsində müvafiq qeydiyyat aparılır. 

3.7. Attestasiya vərəqəsini tərtib edən rəislər (komandirlər) attestasiyadan keçiriləcək əməkdaşın şəxsi və işgüzar keyfiyyətlərini, habelə xidməti fəaliyyətini qiymətləndirərkən, onun obyektiv xarakterizə olunmasına görə məsuliyyət daşıyırlar.

3.8. Tərtib edilmiş attestasiya vərəqəsi attestasiyanı keçirmək səlahiyyətinə malik müvafiq attestasiya komissiyasına təqdim olunur.

3.9. Bu Qaydanın 3.1-3.6-cı bəndlərinin tələblərinin pozulması halları aşkar edildikdə, attestasiya vərəqəsi yenidən tərtib olunması üçün qaytarılır.

3.10. Əməkdaşların attestasiya olunması bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun tərtib edilmiş illik plan üzrə həyata keçirilir. Plan hər ilin sonunda hər bir orqanın kadr aparatı və ya bu sahəyə cavabdeh əməkdaşları tərəfindən hazırlanaraq, həmin orqanın rəisi (komandiri) tərəfindən təsdiq olunur. Planın surəti hər il dekabrın 10-dək attestasiya keçirmək hüququna malik aidiyyəti daxili işlər orqanına və məlumat üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.

3.11. Attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən əməkdaşlara bu barədə məlumat verilir.

3.12. Attestasiyadan keçməli olan əməkdaş komissiyanın iclasına gəlmədikdə,  onun attestasiya olunması qrafik üzrə nəzərdə tutulan növbəti attestasiyaya saxlanılır. Üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasında iştirak etməyən əməkdaş barəsində intizam tənbehi tədbirləri tətbiq edilə bilər.

3.13. Əməkdaş attestasiya olunarkən, fəaliyyətinin qiymət-ləndirilməsinin nəticələri nəzərə alınmaqla, onun peşə və fiziki hazırlığına, tabeçilikdə olan əməkdaşlarla davranışına, onlara rəhbərlik və idarəetmə qabiliyyətinə, işi təşkil etmək bacarığına, mənəvi və şəxsi keyfiyyətlərinə, sağlamlıq vəziyyətinə qiymət verilməli, onun nöqsanlarına və mənfi keyfiyyətlərinə xüsusi diqqət yetirilməlidir.

3.14. Attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifə ilə əlaqədar normativ hüquqi aktlara, ixtisasına, qulluq funksiyalarına, icra etdiyi işlərə və onların nəticələrinə aid suallar verilə bilər. Əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, eləcə də onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

3.15. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-2.4-cü maddəsinin tələbləri nəzərə alınır.

4. Attestasiya komissiyasının qəbul etdiyi qərarlar  və onların icrası

4.1. Əməkdaşın attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:

4.1.1. tutduğu vəzifəyə uyğun gəlir;

4.1.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

4.1.3. tutduğu vəzifəyə uyğun gəlmir;

4.1.4. daxili işlər orqanlarında xidmətə tam yararsızdır.

4.2. Attestasiya komissiyasının qərarında (2 nömrəli əlavə) attestasiya zamanı verilən suallar və cavablar, attestasiyanın nəticələri (tövsiyələri) əks olunur. Qərar attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri və komissiyanın katibi tərəfindən imzalandıqdan sonra komissiyanın sədri tərəfindən təsdiq edilir.

4.3. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında əməkdaşın mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

4.4. Səsvermədən sonra əməkdaşa attestasiya komissiyasının qərarı elan olunur və o, qərardan şikayətvermə qaydaları ilə tanış edilir.

4.5. Attestasiya komissiyasının qərarı və tövsiyələri nəzərə alınmaqla, əməkdaş barədə yekun qərar müvafiq səlahiyyətə malik rəhbər şəxs tərəfindən 2 (iki) ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında o, aşağı vəzifəyə keçirilə və ya daxili işlər orqanlarından xaric oluna bilməz.

4.6. Əməkdaşın üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulan müddətə daxil edilmir.

4.7. Əməkdaş attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

5. Yekun müddəalar

5.1. Əməkdaşın attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır və attestasiyanın nəticələri sonrakı attestasiya zamanı nəzərə alınır.

5.2. Hər bir daxili işlər orqanında il ərzində əməkdaşların attestasiya olunması vəziyyəti təhlil edilir, əməliyyat müşavirəsində müzakirə olunur və ümumiləşdirilmiş hesabat bu Qaydanın 6 nömrəli əlavəsinə uyğun formada tərtib edilərək, növbəti ilin yanvarın 1-dək attestasiya keçirmək hüququna malik aidiyyəti daxili işlər orqanına və məlumat üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.

 

 

 

_________________

“Azərbaycan Respublikasının daxili

işlər orqanları əməkdaşlarının

attestasiyasının keçirilməsi

Qaydası”na

1 nömrəli əlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Mərkəzi Attestasiya Komissiyasında attestasiya keçməli  olan əməkdaşların

 

S İ Y A H I S I

 

  1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarə, idarə, şöbə və xidmət rəisləri, rəis müavinləri.

  2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici ölkələrdəki səlahiyyətli nümayəndələri.

  3. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və rəisin müavinləri.

  4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi.

  5. Əlahiddə Çevik Polis Alayının komandiri.

  6. Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavinləri.

  7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə birbaşa tabe olan respublikanın şəhər, rayon polis orqanlarının rəisləri.

  8. Attestasiya komissiyaları tərəfindən daxili işlər orqanlarında xidmətə tam yararsız hesab olunan orta və böyük rəis heyəti.

 

_________________

 

“Azərbaycan Respublikasının

daxili işlər orqanları əməkdaşlarının

attestasiyasının keçirilməsi

Qaydası”na

2 nömrəli əlavə

                 “Təsdiq edirəm”  

Mərkəzi Attestasiya Komissiyasının sədri

 

________________________________

                (vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)

________________________________

 

        “____” ________________ il

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində

Mərkəzi Attestasiya Komissiyasının

 

Q Ə R A R I

           

(attestasiyası keçirilən əməkdaşın vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

 

Mərkəzi Attestasiya Komissiyasının (MAK) qərarı:

   tutduğu vəzifəyə uyğun gəlir

  işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə,              1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir

   tutduğu vəzifəyə uyğun gəlmir

   daxili işlər orqanlarında xidmətə tam yararsızdır

MAK-nin tövsiyələri

 

 

 

 

MAK-nin üzvləri

 

 

 

(vəzifəsi,  rütbəsi,  soyadı, adı, imzası)

Mütəxəssislər 

 

 

 

 

 

Komissiyanın katibi

 

 

 

 

 

Suallar

(vəzifəsi,  rütbəsi,  soyadı, adı, imzası)

 

 

 

 

 

 

 

 

 

 

Cavablar

 

 

 

 

 

 

 

 

 

 

 

MAK-nin qərarı mənə elan olundu və şikayət qaydaları ilə tanış edildim

 

 

(attestasiya olunanın MAK-nin qərarına münasibəti)

 

 

                 

                          

                             “____” _________________ il        

                                    

                                           _________

                                                          (imza)                               

“Təsdiq edirəm”

Attestasiya Komissiyasının sədri

 

________________________________

             (vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)

________________________________

 

“____” ________________ il      

 

______________________

   (daxili işlər orqanının adı)

 

Attestasiya Komissiyasının

Q Ə R A R I

 

 

(attestasiyası keçirilən əməkdaşın vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)

 

 

Attestasiya Komissiyasının qərarı:

 

  tutduğu vəzifəyə uyğun gəlir

  işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə,               1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir

  tutduğu vəzifəyə uyğun gəlmir

  daxili işlər orqanlarında xidmətə tam yararsızdır

 

 Attestasiya komissiyasının tövsiyələri

 

 

Komissiyanın üzvləri

      

 

 

 

 

 

 

 

Mütəxəssislər

   (vəzifəsi,  rütbəsi,  soyadı, adı, imzası)

 

 

 

(vəzifəsi,  rütbəsi,  soyadı, adı, imzası)

Komissiyanın katibi

    

 

 

 

 

 

 

 

 

Suallar

(vəzifəsi,  rütbəsi,  soyadı, adı, imzası)

 

 

 

 

 

 

 

 

 

Cavablar

 

 

 

 

 

 

 

 

 

       

 

Attestasiya komissiyasının qərarı mənə elan olundu və şikayət qaydaları ilə tanış edildim

 ______________________________________________________

(attestasiya olunanın komissiyanın qərarına münasibəti)

      

                        “____”________________il              

                           

                                   ____________                                                            

                                  (imza)        

 

 

“Azərbaycan Respublikasının daxili

işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi

Qaydası”na

3 nömrəli əlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

strukturuna daxil olan baş idarə, idarə və şöbələrin

attestasiya komissiyalarında attestasiyası keçirilməli

olan sıravi və rəis heyətinin

 

S İ Y A H I S I

 

1. Katibliyin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

1.1. MAK-nin nomenklaturasına daxil olmayan Katibliyin sıravi və rəis heyəti;

1.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna daxil olan baş idarə, idarə, şöbə və xidmətlərin katibliklərinin rəisləri;

1.3. Bakı şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin katibliklərinin rəisləri;

1.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin dəftərxana rəisləri.

2. Baş Təşkilat-İnspeksiya İdarəsinin attestasiya komis-siyasında aşağıdakılar attestasiyadan keçirlər: 

2.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Təşkilat-İnspeksiya İdarəsinin sıravi və rəis heyəti;

2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturuna daxil olan baş idarə və idarələrdə təşkilati-inspektor xidmətinin rəisləri və müavinləri;

2.3. Bakı şəhər Baş Polis İdarəsinin təşkilati-inspektor idarəsinin rəisi, rəisin müavini, Gəncə şəhər Baş Polis İdarəsinin təşkilati-inspektor bölməsinin rəisi;

2.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər şəhər, rayon polis orqanlarının təşkilati-inspektor qruplarının orta və böyük rəis heyəti.

3. Növbətçi Hissələri İdarəetmə Xidmətinin attestasiya komissiyasında aşağıdakılar attestasiya keçirlər:

3.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Növbətçi Hissələri İdarəetmə Xidmətinin sıravi və rəis heyəti;

3.2. Daxili İşlər Nazirliyinin strukturuna daxil olan baş idarələrdə, idarələrdə, Bakı şəhər Baş Polis İdarəsində və Gəncə şəhər Baş Polis İdarəsində növbətçi hissələri idarəetmə xidmətinin (növbətçi hissələrin) rəisləri;

3.3. Daxili İşlər Nazirliyinin digər şəhər, rayon polis orqanlarında məsul növbətçilər.

4. Baş Cinayət Axtarışı İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

4.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Cinayət Axtarışı İdarəsinin sıravi və rəis heyəti;

4.2. Nəqliyyatda Baş Polis İdarəsinin və Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarələrinin rəisləri;

4.3. Gəncə şəhər Baş Polis İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavinləri;

4.4. Daxili İşlər Nazirliyinin digər şəhər, rayon polis orqanlarının əməliyyat üzrə rəis müavinləri, ərazi polis bölmələrinin rəisləri, cinayət axtarış xidmətinin orta və böyük rəis heyəti.

5. Baş İctimai Təhlükəsizlik İdarəsinin attestasiya komis-siyasında aşağıdakılar attestasiyadan keçirlər:

5.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş İctimai Təhlükəsizlik İdarəsinin sıravi və rəis heyəti;

5.2. Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan qurumların orta və böyük rəis heyəti;

5.3. Nəqliyyatda Baş Polis İdarəsinin və Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin və ya şöbəsinin rəisləri;

5.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant xidmətinin, Baş Mühafizə İdarəsinin xidmət şöbəsinin orta və böyük rəis heyəti;

5.5. Gəncə şəhər Baş Polis İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin xidmət üzrə rəis müavinləri;

5.6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər şəhər, rayon polis şöbələrinin xidmət üzrə rəis müavinləri, ictimai təhlükəsizlik bölmələrinin rəisləri, ictimai təhlükəsizlik xidmətinin orta və böyük rəis heyəti.

6. Baş İstintaq və Təhqiqat İdarəsinin attestasiya komis-siyasında aşağıdakılar attestasiyadan keçirlər:

6.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş İstintaq və Təhqiqat İdarəsinin sıravi və rəis heyəti;

6.2. daxili işlər orqanlarının istintaq və təhqiqat xidmətlərinin orta və böyük rəis heyəti.

7. Baş Narkotiklərlə Mübarizə İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

7.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Narkotiklərlə Mübarizə İdarəsinin sıravi və rəis heyəti;

7.2. Nəqliyyatda Baş Polis İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin narkotiklərlə mübarizə xidmətinin rəisləri;

7.3. Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub və qərb bölgələri üzrə regional şöbələrinin rəisləri, digər orta və böyük rəis heyəti; 

7.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər şəhər, rayon polis şöbələrinin narkotiklərlə mübarizə bölmə və qruplarının orta və böyük rəis heyəti.

8. Kriminalistik Tədqiqatlar İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

8.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Kriminalistik Tədqiqatlar İdarəsinin sıravi və  rəis heyəti;

8.2. Bakı şəhər Baş Polis İdarəsinin kriminalistik tədqiqatlar şöbəsinin rəisi;

8.3. digər daxili işlər orqanlarının kriminalistik tədqiqatlar xidmətinin orta və böyük rəis heyəti.

9. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

9.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin sıravi və rəis heyəti;

9.2. Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat və statistik informasiya bölməsinin rəisi,    digər orta və böyük rəis heyəti;

9.3. Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat və statistik informasiya şöbəsinin rəisi, digər orta və böyük rəis heyəti.

10. Nəqliyyatda Baş Polis İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

10.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Nəqliyyatda Baş Polis İdarəsinin sıravi və rəis heyəti;

10.2. Nəqliyyatda Baş Polis İdarəsinə tabe olan bütün qurumların orta və böyük rəis heyəti.

11. Baş Dövlət Yol Polisi İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

11.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Dövlət Yol Polisi İdarəsinin sıravi və rəis heyəti;

11.2. Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan hissələrin orta və böyük rəis heyəti;

11.3. Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, rəisin müavinləri, Yol Patrul Xidməti Alayının komandiri, komandirin müavinləri, Gəncə şəhər Baş Polis İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbələrinin rəisləri;

11.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və rayon polis şöbələrinin Dövlət Yol Polisi İdarəsinin bölmələrinin, qruplarının orta və böyük rəis heyəti.

12. Baş Mühafizə İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

12.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Mühafizə İdarəsinin sıravi və rəis heyəti;

12.2. Baş Mühafizə İdarəsinin tabeliyində olan bütün qurumların orta və böyük rəis heyəti.

13. Baş Pasport, Qeydiyyat İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

13.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Pasport, Qeydiyyat İdarəsinin sıravi və rəis heyəti;

13.2. Baş Pasport, Qeydiyyat İdarəsinə bilavasitə tabe olan qurumların sıravi və rəis heyəti;

13.3. Bakı və Gəncə şəhər qeydiyyat və şəxsiyyət vəsiqəsi idarələrinin (şöbələrinin) rəisləri;

13.4. Bakı şəhərinin rayon polis idarə və şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin rəisləri;

13.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər, rayon polis idarə və şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin orta və böyük rəis heyəti.

14. Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

14.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan səfərbərlik işləri və mülki müdafiə şöbəsinin sıravi və rəis heyəti;

14.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər xidmətlərində və orqanlarında müvafiq qurumların sıravi və rəis heyəti.

15. Baş Kadrlar İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

15.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş Kadrlar İdarəsinin sıravi və rəis heyəti;

15.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarələrində, idarələrində, şöbələrində kadrlar şöbəsinin, bölməsinin rəisləri, rəisin müavinləri, kadrlar qrupunun inspektorları;

15.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi;

15.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisinin müavinləri, kadrlar şöbəsinin (bölməsinin) orta və böyük rəis heyəti;

15.5. Bakı şəhər Baş Polis İdarəsinin  və Gəncə şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin (şöbəsinin) rəisi, rəisin müavini;

15.6. şəhər, rayon polis idarə və şöbələrinin kadr aparatlarının rəisləri və digər orta və böyük rəis heyəti.

16. Daxili Təhqiqatlar İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

16.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Daxili Təhqiqatlar İdarəsinin sıravi və rəis heyəti;

16.2. Bakı şəhər daxili təhqiqatlar şöbəsinin rəisi.

17. Şəxsi Heyətlə İş İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

17.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Şəxsi Heyətlə İş İdarəsinin sıravi və rəis heyəti;

17.2. daxili işlər orqanlarının şəxsi heyətlə iş üzrə rəis köməkçiləri.

18. Baş İnformasiya-Kommunikasiya İdarəsinin attestasiya komissiyasında  aşağıdakılar attestasiyadan keçirlər:

18.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Baş İnformasiya-Kommunikasiya İdarəsinin sıravi və rəis heyəti;

18.2. Baş İnformasiya-Kommunikasiya İdarəsinə bilavasitə tabe olan qurumların sıravi və rəis heyəti;

18.3. Baş İnformasiya-Kommunikasiya İdarəsi istisna olmaqla, bütün daxili işlər orqanlarının bu sahə üzrə sıravi və orta rəis heyəti.

19. Mətbuat Xidmətinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

19.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Mətbuat Xidmətinin sıravi və  rəis heyəti;

19.2. Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzeti redaksiyasının orta və böyük rəis heyəti.

20. Maliyyə-Plan İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

20.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Maliyyə-Plan İdarəsinin sıravi və rəis heyəti;

20.2. daxili işlər orqanlarının bütün maliyyə xidmətlərinin orta və böyük rəis heyəti.

21. Maddi Texniki Təminat Baş İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

21.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Maddi Texniki Təminat Baş İdarəsinin və onun tabeliyində olan qurumların sıravi və rəis heyəti;

21.2. daxili işlər orqanlarının bütün təchizat xidmətlərinin orta və böyük rəis heyəti.

22. Tibb İdarəsinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

22.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan Tibb İdarəsinin və ona tabe olan bütün qurumların sıravi və rəis heyəti.

23. İdman Cəmiyyətinin attestasiya komissiyasında aşağıdakılar attestasiyadan keçirlər:

23.1. MAK-nin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər baş idarə və idarələrinin attestasiya komissiyasının nomenklaturasına daxil olmayan İdman Cəmiyyətinin sıravi və rəis heyəti;

23.2. İdman Cəmiyyətinin birbaşa tabeliyində olan struktur hissələrin orta və böyük rəis heyəti;

23.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin fiziki hazırlıq üzrə kafedra və silsilə rəisləri (Polis Akademiyasının kafedra rəisi istisna olmaqla) və digər professor-müəllim heyəti.

__________________

 

“Azərbaycan Respublikasının daxili

işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi

Qaydası”na

4 nömrəli əlavə

 

A T T E S T A S İ Y A      V Ə R Ə Q Ə S İ

______________________________________________________

(attestasiya  olunanın  xidmət  etdiyi  orqan,  vəzifəsi,

______________________________________________________

rütbəsi, soyadı, adı, atasının adı)

 

 Attestasiya olunduğu dövr  “____” _______ ildən “____”  ____ilədək

 

 Son attestasiyanın nəticəsi _______________________________

                                 (son attestasiyanın keçirilməsi vaxtı və qəbul edilmiş qərar)

______________________________________________________

 

Attestasiyanın  mətni

 

 

 

 

 

 

 

                              ______________________________________

(attestasiya vərəqəsini tərtib edən orqanın rəisinin vəzifəsi)

__________________________________

(rütbəsi, soyadı, adı, imzası)

 

    “_____” ____________________il

 

 Attestasiyanın mətni ilə tanış oldum__________________________  

                                                                                               ______________________________________________________

(attestasiya olunanın attestasiyanın mətninə münasibəti)

 

                                          “____”________________il

                           

                        ____________                                                           

                     (imza)       

  “Azərbaycan Respublikasının daxili

işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi

Qaydası”na

5 nömrəli əlavə

 

               “Təsdiq edirəm”

_______________________________

                    (orqanın rəisinin rütbəsi

_______________________________

                        soyadı, adı, imzası)

       “____” _____________ il

 

 

__________ əməkdaşlarının _______  il  üçün  attestasiya  olunma 

 (orqanın adı)             

 

P L A N I

 

Sıra

№-si

Rütbəsi, soyadı, adı, atasının adı, tutduğu vəzifə

Son attestasiyanı keçmə tarixi və qəbul edilmiş qərar

Növbəti attestasi-yanın keçirilməsi tarixi

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

_____________________________

                                                                                    (tərtib edən kadr aparatı rəhbərinin imzası)

_________________________________

 (inspektorun vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)    

 

          №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında