Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 554                                                          Bakı şəhəri, 14 dekabr 2017-ci il

 

“Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Elmi müəssisələrin akkreditasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 

 


 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 14 dekabr
tarixli 554 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Elmi müəssisələrin akkreditasiyası

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) akkreditasi­ya­sı­nın keçirilməsi, akkreditasiya barədə şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir.  

1.2. Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramlarının, elmi tədqiqatlarının nəticə-lərinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.    

1.3. Elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliy-yətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir. 

1.4. Akkreditasiyadan keçmiş elmi müəssisələrin siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilir. 

 

2. Akkreditasiyanın keçirilməsi

 

2.1. Akkreditasiya elmi müəssisələrin son 5 (beş) illik fəaliyyətini qiymətləndirməklə aparılır.

2.2. Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir.

2.3. Akkreditasiya bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 (üç) ay müddətində həyata keçirilir.

2.4. Akkreditasiya sənədlərin eksper­ti­za­sı, elmi müəssisələrdə yerində baxış keçirilməsi yolu ilə hə­ya­ta keçirilir. Akkreditasiya edilən elmi müəssisələr Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.  

2.5. Elmi müəssisə  Komissiyaya aşağıdakı sənədləri təqdim edir: 

2.5.1. akkreditasiyadan keçmə barədə ərizə;

2.5.2. elmi müəssisənin - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;  

2.5.3. kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat;

2.5.4. elmi müəssisənin fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş surətləri;   

2.5.5. təqdim edilmiş sənədlərin siyahısı.

2.6. Akkreditasiya qaydası və akkreditasiya üçün tələb olunan sənədlərin siyahısı Komissiyanın internet say­tında yerləşdirilir.  

2.7. Komissiya 10 (on) iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Sənədlər bu Qaydanın 2.5-ci bəndinə uyğun olduqda, Komissi­ya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir.  

2.8.  Bu Qaydanın 2.5-ci bəndində göstərilən bütün sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ vardır.  

2.9. Komissiya bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq elmi müəssisənin fəaliyyətini qiymətləndirərək, müəssisənin akkredita-siyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir.  

2.10. Akkreditasiyadan keçmiş elmi müəssisəyə Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir (əlavə olunur).  

2.11. Elmi müəssisənin akkreditasiyadan keçməsi barədə qərar qəbul edildiyi gündən etibarən 10 (on) iş günü müddətində Komissiya akkreditasiya haqqında şəhadətnaməni ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Şəhadətnaməni 10 (on) iş günü müddətində təqdim etmək mümkün olmadıqda, o, poçt vasitəsilə ərizəçiyə göndərilir.

2.12. Akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surəti göndərilir.

2.13. Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keç­mə­mək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

2.14. Elmi müəssisə ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür. 

 

3. Yekun müddəalar

 

3.1. Akkreditasiyadan keçmiş elmi müəssisənin adı və ya hüquqi ünvanı dəyişdikdə, həmin elmi müəssisə akkreditasiya haqqında şəhadətnamənin dəyişdirilməsi üçün Komissiyaya ərizə ilə müraciət etməlidir. Dəyişikliyi əks etdirən təsdiqedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri və əvvəlki şəhadətnamə ərizəyə əlavə olunur. 

3.2. Komissiya ərizənin verildiyi gündən 10 (on) iş günü müddətində akkreditasiya haqqında şəhadətnaməni dəyişdirir.

3.3. Akkreditasiya haqqında şəhadətnamə itirildikdə, akkredita-siyadan keçmiş elmi müəssisənin müvafiq ərizə ilə Komissiyaya müraciəti əsasında 10 (on) iş günü müddətində ona akkreditasiya haqqında şəhadətnamənin dublikatı verilir.

3.4. Komissiya akkreditasiya haqqında şəhadətnamələrin hazır­lan­ma­sı­nı, qeydiyya­tını və qorunmasını təmin edir.

 

 

 

_________________

 

 

 “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na

 

əlavə

 

 

ELMİ MÜƏSSİSƏLƏRİN AKKREDİTASİYASI KOMİSSİYASI

 

 

Elmi müəssisənin akkreditasiyası haqqında

 

ŞƏHADƏTNAMƏ

 

Seriya                                                                               № ____

 

 

Bakı şəhəri                                                                                                                           “___” __________ 20___ il

 

Bu Şəhadətnamə ilə təsdiq edilir ki, _________________________

                                                                       (elmi müəssisənin tam adı və

______________________________________________________

hüquqi ünvanı)

Elmi Müəssisələrin Akkreditasiyası Komissiyasında akkreditasiyadan keçmişdir.

 

Əsas: Elmi Müəssisələrin Akkreditasiyası Komissiyasının                      “___” ________ 20___  il tarixli    ____ nömrəli qərarı.

 

 

Elmi Müəssisələrin Akkreditasiyası

Komissiyasının sədri

 

__________________________           __________

         (soyadı, adı, atasının adı)                                    (imza)              

 

 

M.Y.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında