Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 552                                                    Bakı şəhəri, 14 dekabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 381 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin  2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 381 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №10, maddə 1699) ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5-ci bənddə “daxili dövlət borclanmasının” sözləri “dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilsin.

2. 4.2-ci bənddə “daxili dövlət borcunun” sözləri “dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bənddə “Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir” sözləri “Cəmiyyət tərəfindən hazırlanır” sözləri ilə əvəz edilsin.

4. 5.2-ci bənd üzrə:

4.1. Müşahidə Şurası” sözləri “Azərbaycan İpoteka Fondu” ASC” sözləri əvəz edilsin;

4.2. “təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir” sözləri “Maliyyə Nazirliyi ilə razılaşdırır” sözləri ilə əvəz edilsin;

4.3. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.”.

5. 5.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa daxil edilməsi üçün təkliflərin hazırlanması zamanı  ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alır.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında