Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 541                                                                                                                               Bakı şəhəri, 6 dekabr 2017-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin maliyyələşdirilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclə-rində ayrıca sətirlə nəzərdə tutulsun.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Artur RASİ-ZADƏ,
 Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında