Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 538                                                                                                                               Bakı şəhəri, 6 dekabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvəqqəti Reqlamentinin təsdiq edilməsi haqqında” 1994-cü il 9 fevral tarixli 54 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 8 iyun tarixli 294 nömrəli qərarının ləğv edilməsi haqqında

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvəqqəti Reqlamentinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 fevral tarixli 54 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 303) 1-ci hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyun tarixli 294 nömrəli qərarı ləğv edilsin.

Artur RASİ-ZADƏ,
 Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında