№ 537 Bakı şəhəri, 6 dekabr 2017-ci il
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1419 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 465 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə:
1.1. 1.2-ci və 1.3-cü bəndlərdə “verilməsi” sözü “tərtib edilməsi” sözləri ilə əvəz edilsin;
1.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur və ya elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin çıxarışı elektron üsulla əldə etməsi imkanı təmin olunur. Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.”;
1.3. 3.2.3-cü yarımbənd 3.2.4-cü yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 3.2.3-cü yarımbənd əlavə edilsin:
“3.2.3. hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üsulları (kağız formada, elektron üsulla);”;
1.4. 3.9-cu bənd üzrə:
1.4.1. “uyğun qaydada” sözlərindən sonra “kağız formada” sözləri əlavə edilsin;
1.4.2. birinci halda “verilməsi” sözü “təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.4.3. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Çıxarış elektron üsulla təqdim olunduğu hallarda isə “Elektron Hökumət” portalında yerləşdirilir və ərizəçinin onu elektron üsulla əldə etməsi imkanı təmin edilir.”;
1.5. 7.5-ci bənddə “ərizəçiyə dövlət reyestrindən çıxarış verilir” sözləri “dövlət reyestrindən çıxarış tərtib edilir” sözləri ilə əvəz edilsin;
1.6. 8.3-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş (14 nömrəli əlavə) verilir və (və ya) bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq daşınmaz əmlakın məhv olmamış hissəsinə dövlət reyestrindən çıxarış tərtib edilir.”;
1.7. həmin Qaydalara 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında Ərizə”yə, 5 nömrəli əlavə - “İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında Ərizə”yə və 7 nömrəli əlavə - “İpotekanın dövlət qeydiyyatı haqqında Ərizə”yə “Ərizənin məqsədi” hissəsindən sonra aşağıdakı məzmunda hissə əlavə edilsin:
Hüquqların dövlət qeydiyyatı
haqqında çıxarışın əldə edilməsi üsulları
Kağız formada
Elektron üsulla
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” üzrə:
2.1. 7.1-ci bənddə “vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir” sözləri “vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir” sözləri ilə əvəz edilsin;
2.2. 7.2-ci bənddə “onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir” sözləri “bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.