Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 536                                                                                                                                                      Bakı şəhəri, 6 dekabr 2017-ci il

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2008-ci  il
29 fevral tarixli 59  nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
haqqında

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsas-naməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643, № 7, maddə 1501) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. IX hissənin “Digər xəstəliklər” bölməsində “sərhəd qoşunlarında” sözləri “sərhəd mühafizə orqanlarında” sözləri ilə əvəz edilsin.

2. Əsasnamənin 3 nömrəli cədvəli - “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in a) yarımbəndi üzrə:

2.1. “Sərhəd qoşunları” sütununun adı aşağıdakı redaksiyada verilsin:

“Sərhəd mühafizəsi orqanları”;

2.2. “Qeydlər”in 3-cü hissəsinin birinci və ikinci abzaslarında “Sərhəd Qoşunlarına” sözləri “sərhəd mühafizəsi orqanlarına” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında