Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 533                                                                                                                                                      Bakı şəhəri, 6 dekabr 2017-ci il

“Azərbaycan  Respublikası   dövlət  sərhədinin  mühafizəsini gücləndirmək  məqsədi  ilə  əlavə  qayda  və   əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü  il  9  mart tarixli  140  nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsas-naməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 118, № 6, maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə 926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə 1575; 2017, № 7, maddə 1503) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizəsi orqanlarının” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə” üzrə:

2.1. adında və mətnində ismin müvafiq hallarında “sərhəd qoşunları” sözləri ismin müvafiq hallarında “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin;

2.2. mətn üzrə (3-cü hissənin dördüncü abzası istisna olmaqla) ismin müvafiq hallarında “Sərhəd qoşunları” sözləri ismin müvafiq hallarında “Sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsi üzrə:

3.1. birinci abzasda “sərhəd qoşunları” sözləri və ikinci abzasda “Sərhəd qarovulu” sözləri “Sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin;

3.2. üçüncü abzasda “sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında