Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 531                                                                                                                                                      Bakı şəhəri, 6 dekabr 2017-ci il

“Azərbaycan  Respublikası  dövlət  sərhədinin  mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1992-ci il 16 oktyabr
tarixli 560  nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsas-naməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 1454 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin birinci abzasında “Sərhəd qoşunlarının” sözləri “Sərhəd mühafizəsi orqanlarının” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissədə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizəsi orqanlarının” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları” üzrə:

3.1. mətndə ismin müvafiq hallarında “sərhəd qoşunları” sözləri ismin müvafiq hallarında “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin;

3.2. 3-cü hissənin ikinci abzasında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar” üzrə:

4.1. 1.2-ci bəndin ikinci abzasında və 1.3-cü bənddə “sərhəd qoşunlarının” sözləri “sərhəd mühafizəsi orqanlarının” sözləri ilə əvəz edilsin;

4.2. 1.4-cü bəndin üçüncü abzasında “sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar”ın 9-cu hissəsinin birinci cümləsində və 10-cu hissəsinin birinci abzasında “sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sərhəd zolağında istehsalat fəaliyyəti ilə məşğul olmağa dair Qaydalar”ın onuncu abzasında “sərhəd qoşunları” sözləri “sərhəd mühafizəsi orqanları” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında