Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 514 

 Bakı şəhəri, 27 noyabr 2017-ci il

“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1474 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin birinci cümləsində “müvafiq” sözü “inzibati” sözü ilə əvəz edilsin.

2. 2-ci hissədən  “və yardımçı” sözləri çıxarılsın və həmin hissədə “A, B, C və D” sözləri “A və B” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü və 2.4-cü bəndlər ləğv edilsin.

4. 3-cü hissədə “A, B, C və D” sözləri “A və B” sözləri ilə əvəz edilsin və həmin hissədən  “və yardımçı” sözləri çıxarılsın.

5. Formaya əlavənin adından “və yardımçı” sözləri, cədvəlindən “C” və “D” sətirləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında