Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 513

Bakı şəhəri, 27 noyabr 2017-ci il

“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarında  dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1474 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 485) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymət-ləndirmənin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “birinci-beşinci kateqoriya dövlət orqanlarında” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin bənddən “və  ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr” sözləri çıxarılsın.

2. 2.1-ci bəndin birinci cümləsində “, dövlət qulluğu vəzifələri üzrə” sözləri “inzibati vəzifələr üzrə” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlər ləğv edilsin.

4. 2.2-ci bənddən “yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri,” sözləri çıxarılsın.

5. 3.1-ci bəndə “uyğun olaraq,” sözlərindən sonra “inzibati vəzifələr üzrə” sözləri əlavə edilsin.

6. 4.2-ci bəndin cədvəlindən “CA” və “DA” sətirləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında