Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 512

Bakı şəhəri, 27 noyabr 2017-ci il

Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin  adının  verilməsi  və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan Respublikası Mədəniyyət  və Turizm Nazirliyinin strukturuna daxil  olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Azərbaycan Res-publikasının Xalq artisti Ağaxan Abdullayevin adı verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425; 2016, № 6, maddə 1195, № 10, maddə 1731, № 11, maddə 1944, № 12, maddə 2243; 2017, № 4, maddə 635) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliy-yələşdirilən qurumlar” bölməsinin “5. Mədəniyyət mərkəzləri, evləri və klubları” hissəsinin 5.1.17-ci yarımbəndinə “Türkan” sözündən əvvəl “Ağaxan Abdullayev adına” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında