AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 501

Bakı şəhəri, 17 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə  verilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 389; 2011, № 7, maddə 746, № 12, maddə 1256) ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın 1.1-ci bəndində “faktiki büdcə daxilolmalarının nəzərdə tutulduğundan artıq olması, kassa icrası xəzinədarlıq tərəfindən aparılan büdcədənkənar fondların və məqsədli hesabların (depozit və tapşırıq hesabları) qalıqlarının vahid xəzinə hesabında cəmləşdirilməsi hesabına yaranan qalıqların (bundan sonra – sərbəst qalıqlar)” sözləri “dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalığının (bundan sonra – sərbəst qalıq)” sözləri ilə əvəz edilsin.

Yaqub Eyyubov
 Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında