Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 497 

Bakı şəhəri, 17 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1357 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 194; 2015, № 5, maddə 636; 2017, № 7, maddə 1483) ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin.

2. 6.9-cu bənddə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra – Komitə) sözləri “Komitəyə” sözü ilə əvəz edilsin.

3. 6.10-cu bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin.

4. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır.”.

Yaqub EYYUBOV
 Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında