Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 496

Bakı şəhəri, 17 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə  keçirilmiş  malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 646-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1357 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1018; 2015, № 5, maddə 642) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “(bundan sonra – Məcəllə)” sözləri əlavə edilsin.

2. 1.4-cü bənddə “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin” sözləri “Məcəllənin” sözü ilə əvəz edilsin.

3. 3.10-cu bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür” sözləri “Məcəllənin 334-cü maddəsinə uyğun olaraq istifadə olunur” sözləri ilə əvəz edilsin.

4. 3.12-ci bənddə “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna ödənilən məbləğə” sözləri “Məcəllənin 334-cü maddəsində nəzərdə tutulan vəsaitə” sözləri ilə əvəz edilsin.

Yaqub EYYUBOV
 Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında