Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 495

Bakı şəhəri, 17 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 oktyabr tarixli 472 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 5.22-ci bəndində “22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının büdcədənkənar fonduna vəsaitin ayrılması” sözləri “22-1-ci maddəsində nəzərdə tutulan hesablara vəsaitlərin köçürülməsi” sözləri ilə əvəz edilsin.

Yaqub EYYUBOV
 Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında