Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 489

Bakı şəhəri, 13 noyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il  24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1189 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 oktyabr tarixli 472 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3-cü bəndə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:

“4.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”.

3. V hissə üzrə:

3.1. 5.3-cü bəndə “bölmələrinə” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.2. 5.4-cü bəndə “Maliyyə Nazirliyinə” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 5.5-3-cü bənd əlavə edilsin:

“5.5-3. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”;

3.4. 5.31-ci, 5.33-cü və 5.36-cı bəndlərin birinci cümlələrinə “Nazirlər Kabinetinə” sözlərindən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında” sözləri əlavə edilsin;

3.5. 5.33-cü bəndin ikinci cümləsinə “icrasının” sözündən sonra “həmin dövr üçün təsdiq olunmuş təyinatla” sözləri əlavə edilsin;

3.6. 5.36-cı bəndin ikinci cümləsinə “istifadə” sözündən sonra “, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası” sözləri əlavə edilsin.

Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında