Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 488 

Bakı şəhəri, 13 noyabr 2017-ci il

“Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarının və onların struktur elementlərinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1475) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə “eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi gündən qüvvədən düşmüş” sözləri “Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul etdiyi eyni münasibətləri tənzimləyən normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş” sözləri ilə əvəz edilsin.   

2.  3-cü hissə ləğv edilsin.

3. Qərara 1 nömrəli əlavə – “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğv edilən normativ hüquqi aktları və onların struktur elementləri” üzrə:

3.1.  1-ci, 2-ci, 3-cü, 5-ci, 7-ci və 25-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. 2000-ci il 9 fevral tarixli 026 nömrəli əmrin 2-ci hissəsi ilə təsdiq olunmuş “Xarici hüquqi və fiziki şəxslərin qiymətli kağızlar bazarında iştirakı Qaydaları” və “Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar” (2001-ci il 4 aprel tarixli 036 nömrəli əmrlə edilmiş dəyişikliklər).

2. “Kredit təşkilatlarının depozit sertifikatları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 029 nömrəli əmrin 1-ci hissəsi (2003-cü il 23 iyul tarixli 169 nömrəli əmrlə edilmiş dəyişikliklər).

3. “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta Standartları”nın təsdiq edilməsi barədə” 2000-ci il 24 mart tarixli 045 nömrəli əmr (2001-ci il 10 iyul tarixli 070 nömrəli əmrlə edilmiş dəyişikliklər).

5. “Dövlət qiymətli kağızları ilə Azərbaycan Respublikası Milli Bankının repo/əks-repo əməliyyatlarının aparılması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2001-ci il 7 fevral tarixli 020 nömrəli əmr (2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli əmrlə edilmiş dəyişikliklər).

7. “Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qayda-lar”ın təsdiq edilməsi barədə” 2001-ci il 4 iyun tarixli 049 nömrəli əmr (2004-cü il 2 sentyabr tarixli 151 nömrəli, 2006-cı il 29 sentyabr tarixli 0182 nömrəli və 2008-ci il 2 aprel tarixli 034 nömrəli əmrlərlə edilmiş dəyişikliklər).

25. “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin avtomatlaşdırılması ilə əlaqədar inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” 2012-ci il 25 iyun tarixli 08 nömrəli qərar (2012-ci il 27 dekabr tarixli 21 nömrəli və 2015-ci il 22 iyul tarixli 14-q nömrəli qərarlarla edilmiş dəyişikliklər).”;

3.2. 6-cı, 8-ci, 13-cü, 14-cü, 16-cı, 18-ci, 19-cu, 20-ci, 26-cı, 27-ci, 28-ci və     29-cu hissələr ləğv edilsin.

4. Qərara 2 nömrəli əlavə - “Ləğv edilmiş Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktları və onların struktur elementləri və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktları”nın 29-cu, 30-cu, 35-ci, 36-cı və 42-ci hissələri aşağıdakı redaksiyada verilsin:

“29. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 17 fevral tarixli 02 nömrəli qərarın 1-ci hissəsi (2012-ci il 6 sentyabr tarixli 10 nömrəli qərarın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər).

30. “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2002-ci il 14 yanvar tarixli 009 nömrəli əmrin 1-ci hissəsi (2006-cı il 28 iyul tarixli 0143 nömrəli əmrlə edilmiş dəyişikliklər).

35. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra normativ hüquqi aktların təsdiqi barədə” 2011-ci il 3 avqust tarixli 01 nömrəli qərarın 1-ci hissəsi (2012-ci il 6 sentyabr tarixli 14 nömrəli, 30 noyabr tarixli 17 nömrəli, 12 dekabr tarixli 18 nömrəli və 2013-cü il 18 dekabr tarixli 5 nömrəli qərarlarla edilmiş dəyişikliklər).

36. “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2000-ci il 2 fevral tarixli 022 nömrəli əmr (2004-cü il 25 may tarixli 074 nömrəli əmrin 2-ci hissəsi ilə edilmiş dəyişikliklər).”.

42. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 8 iyun tarixli 079 nömrəli əmr (2007-ci il 10 iyul tarixli 079 nömrəli əmrlə edilmiş dəyişikliklər).”.

Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında