Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 468

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 sentyabr tarixli 363, 368 nömrəli və 28 sentyabr tarixli 399 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.20-3.25-ci, 11.22-ci, 11.23-cü, 11.24-cü və 40.3-cü bəndlər əlavə edilsin:

 

3.20.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması

3.21.

Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi

3.22.

Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi

3.23.

İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması

3.24.

İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi

3.25.

Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması

11.22.

Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi

11.23.

Ovçuluq biletinin verilməsi

11.24.

Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi

40.3

Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi

 

2. 11.8-ci bənd ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında