Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

   № 466

 Bakı şəhəri, 20 oktyabr 2017-ci il

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təklifinə əsasən Azərbaycan Respublikasının   Nazirlər Kabineti QƏRARA ALIR:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011,  № 4, maddə 363) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərara  əlavə 2 – “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Müəllif müqaviləsi”nin 5.2-ci və 5.3-cü bəndlərinin ikinci cümlələrində “Belə təşkilat yaradılana qədər həmin funksiyanı” sözləri “Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını” sözləri ilə əvəz edilsin.

2. Həmin qərara əlavə 3 – “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” üzrə:

2.1. 31-ci hissədən “, kazinolarda” sözü çıxarılsın və həmin hissədə “16 (minimum əmək haqqının misli ilə)” sözləri “Bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat”  sözləri ilə əvəz edilsin;

2.2. 32-ci hissədə “6 (toy mərasimlərinin keçirildiyi hər gün üçün minimum əmək haqqının misli ilə)” sözləri “toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat” sözləri ilə əvəz edilsin;

2.3. 32-ci hissədən sonra verilmiş “Qeyd”ə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“31-ci və 32-ci hissələrdə nəzərdə tutulan qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.”;

2.4. V bölmə üzrə:

2.4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)”;

2.4.2. 33-cü hissədə “8” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin və “quruluşçu rejissora” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

Quruluşçu operatora

1

 

2.4.3. 34-cü hissədə “8” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin və “quruluşçu rejissora” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

Quruluşçu operatora

1

 

2.4.4. 35-ci hissədə “8” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin və “quruluşçu rejissora” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

 

Quruluşçu operatora

1

 

2.4.5. aşağıdakı məzmunda 37-ci və 38-ci hissələr əlavə edilsin:

 

37.

Audiovizual əsərlərin efir yayımı televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə

0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla)

38.

Audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə

0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla)

 

2.4.6. “Qeyd”in 2-ci bəndinin ikinci cümləsinə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilata və (və ya) müəlliflərin, digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən” sözləri əlavə edilsin;

2.5. aşağıdakı məzmunda VI bölmə əlavə edilsin:

VI. Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi

 

1. Bədii filmlərə görə ümumi:

17

 

onlardan:

 

 

ssenari müəllifinə

6

 

quruluşçu rejissora

6

 

quruluşçu operatora

2

 

quruluşçu rəssama

2

 

bəstəkara

1

2. Musiqili filmlərə görə ümumi:

18

onlardan:

 

ssenari müəllifinə

6

 

quruluşçu rejissora

6

 

quruluşçu operatora

2

 

quruluşçu rəssama

2

 

bəstəkara

2

3. Cizgi filmlərinə görə ümumi:

17

 

onlardan:

 

 

ssenari müəllifinə

4

 

quruluşçu rejissora

6

 

quruluşçu operatora

2

 

quruluşçu rəssama

4

 

bəstəkara

1

4. Sənədli və elmi-kütləvi filmlərə görə ümumi:

16

 

onlardan:

 

 

ssenari müəllifinə

4

 

quruluşçu rejissora

6

 

quruluşçu operatora

4

 

quruluşçu rəssamа

1

 

bəstəkara

1

 

Qeydlər: 

1. Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər.

2. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

3. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər.

4. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı VI bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir.

3. Həmin qərara əlavə 4 – “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları” üzrə:

3.1. 1-ci hissənin ikinci, üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada  verilsin:

“Müəllif qonorarının bu qərarla müəyyən edilmiş miqdarları minimum məbləğ sayılır və istifadəçi ilə müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat arasında bağlanılmış müqavilədə başqa məbləğ müəyyən edilmədikdə və qonorarın miqdarı tərəflərin mübahisəsinə səbəb olmadıqda tətbiq edilir.

Müəllif (hüquq sahibi) və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və istifadəçi arasında əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə dair bağlanılan müqavilədə qonorarın miqdarı bu qərarla müəyyən edilmiş minimum miqdarlardan az olmamaqla, sərbəst qiymətlərlə müəyyən edilə bilər.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq, əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini təşkil edir, qanunvericilikdə nəzərdə tutulan zəruri hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, belə hallarda əsərlərdən istifadəyə görə qonorarı bu qərarla müəyyən edilmiş minimum miqdarlara uyğun qaydada yığır və hüquq sahiblərinə çatdırır.”;

3.2. 32-ci və 33-cü hissələrin ikinci cümlələrində “Belə təşkilat yaradılana qədər həmin funksiyanı” sözləri “Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını” sözləri ilə əvəz edilsin;

3.3. 34-cü hissəyə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən” sözləri əlavə edilsin;

3.4. 35-ci hissə üzrə:

3.4.1. birinci abzasın birinci cümləsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən əvvəl “müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya)  qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən” sözləri əlavə edilsin;

3.4.2. ikinci abzasda “Müəllif Hüquqları Agentliyinin (onun şöbəsinin) müvəkkilinə” sözləri “müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya)  qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsinə” sözləri ilə əvəz edilsin;

3.5. 38-ci hissəyə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın və (və ya)  qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən” sözləri əlavə edilsin;

3.6. 39-cu hissəyə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatla və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən” sözləri əlavə edilsin.

4. Həmin qərara əlavə 6 – “Ədəbiyyat və incəsənət əsərlərinin qrammofon vallarında, maqnitofon lentlərində, lazer disklərində, yığcam kasetlərdə və s. yazılmasına və yazılmış nüsxələrin, həmçinin audiovizual əsərlərin (videofilmlərin) kirayəyə verilməsinə görə müəllif qonorarının hesablanması Qaydaları” üzrə:

4.1.  1-ci hissənin üçüncü cümləsində və 3-cü hissənin ikinci cümləsində “Belə təşkilat yaradılana qədər həmin funksiyanı” sözləri “Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını” sözləri ilə əvəz edilsin;

4.2. 4-cü hissəyə “yoxlamaq üçün” sözlərindən sonra “əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın, həmçinin” sözləri əlavə edilsin.

5. Həmin qərara əlavə 8 – “Təsviri-sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə edilməsinə görə müəllif qonorarının hesablanması qaydaları” üzrə:

5.1. 3-cü hissənin üçüncü cümləsində və 4-cü hissənin ikinci cümləsində “Belə təşkilat yaradılana qədər həmin funksiyanı” sözləri “Qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını” sözləri ilə əvəz edilsin;

5.2. 5-ci hissəyə “yoxlamaq üçün” sözlərindən sonra “əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatın, həmçinin” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında