Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

   № 463

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nda dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1622) ilə təsdiq edilmiş “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “15 gün müddətində” sözləri “layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində” sözləri ilə əvəz edilsin.

2. 2.7-ci və 2.8-ci bəndlərdə “15” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

3. 2.10-cu bənd ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında