Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 449

Bakı şəhəri, 18 oktyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

 

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 714-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 3064 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 444; 2014, № 2, maddə 201, № 7, maddə 942; 2015, № 2, maddə 230; 2017, № 5, maddə 964) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.5-ci bəndində “Azərbaycan Respublikasının qanunları ilə” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında