Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 446                              

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2012-ci  il  30 dekabr  tarixli  331  nömrəli  qərarı ilə təsdiq edilmiş  “Gömrük sərhədindən  elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il
13 iyun tarixli 744-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 13 iyul tarixli 1525 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 331 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1393) ilə təsdiq edilmiş “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.6-cı bəndində “qısa idxal (ixrac) bəyannaməsi” sözləri
“natamam bəyannamə” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında