№ 445
Bakı şəhəri, 17 oktyabr 2017-ci il
“Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 685-VQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1515 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 17 oktyabr
tarixli 445 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Ədliyyə orqanları işçilərinin attestasiyası
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan işçilərin (bundan sonra – işçi) attestasiyasının keçirilməsi qaydasını müəyyən edir.
1.2. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:
1.2.1. işçinin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
1.2.2. işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması;
1.2.3. işçinin ixtisasının və peşə hazırlığının yüksəldilməsinin və ya təkrar hazırlıq keçməsinin zərurət dərəcəsinin müəyyənləşdirilməsi;
1.2.4. kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi.
1.3. Qanunun 17.1-1-ci maddəsinə uyğun olaraq, yalnız müvafiq vəzifələrdə azı 1 (bir) il çalışan işçinin attestasiyası keçirilə bilər. İşçinin attestasiyası 5 (beş) ildə bir dəfədən çox olmayaraq keçirilir.
1.4. Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, ilk dəfə daimi qulluğa qəbul edilən işçinin attestasiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla keçirilir.
1.5. Ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyası əmək qanunvericiliyi ilə tənzimlənir.
1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tibb xidmətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
1.7. Aşağıdakı işçilərin attestasiyası keçirilmir:
1.7.1. müvafiq vəzifədə bir ildən az qulluq keçən işçilər;
1.7.2. stajorluq müddətində olan işçilər;
1.7.3. uşağının 3 (üç) yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə çalışan işçilər;
1.7.4. eyni vəzifədə azı üç dəfə attestasiya edilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.
2. Attestasiyanın keçirilməsi qaydası
2.1. İşçilərin attestasiyasının keçirilməsi məqsədi ilə Nazirlikdə və müvafiq struktur qurumlarında azı 5 nəfərdən ibarət attestasiya komissiyaları yaradılır. Attestasiya komissiyalarının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Azərbaycan Respublikasının ədliyyə naziri (bundan sonra – nazir) tərəfindən təsdiq edilir.
2.2. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının işinə yüksəkixtisaslı mütəxəssislər və elmi ekspertlər cəlb edilə bilərlər.
2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, Nazirliyin korrupsiya ilə əlaqədar məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
2.4. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydanın 2.7-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı attestasiya komissiyasının sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır.
2.5. Attestasiyadan keçməli olan hər bir işçiyə attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin işçi ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.
2.6. Xasiyyətnamədə işçinin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.
2.7. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçiyə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
2.8. İşçi attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
2.9. İşçi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.
2.10. İşçi üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin işçi barədə Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirləri tətbiq edilə bilər.
2.11. İşçinin attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
2.11.1. tutduğu vəzifəyə uyğun gəlir;
2.11.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
2.11.3. tutduğu vəzifəyə uyğun gəlmir.
2.12. Sınaq müddəti bitmiş daimi qulluğa qəbul məsələsinə baxılan işçilərlə bağlı attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
2.12.1. daimi qulluğa qəbul edilə bilər;
2.12.2. daimi qulluğa qəbul edilə bilməz.
2.13. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında işçinin mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
2.14. İşçinin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən işçinin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.
2.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən işçi tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan işçi attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra işçiyə bildirilir.
3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydanın əlavəsində göstərilən attestasiya vərəqəsinə yazılır.
3.2. Attestasiyadan keçən işçinin attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti arzusuna əsasən həmin işçiyə verilir.
3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, bu Qaydanın 2.13-cü bəndində qeyd olunan tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, aidiyyəti ədliyyə orqanının rəhbəri tərəfindən müvafiq qərarlar qəbul edilir. Həmin qərarlar işçinin attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul olunur. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında işçinin aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
3.4. İşçinin üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.
3.5. İşçi attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.
____________________
“Ədliyyə orqanları işçilərinin
attestasiyası Qaydası”na
əlavə
ATTESTASİYA VƏRƏQƏSİ
1.
|
Soyadı, adı və atasının adı
|
|
|
|
|
2.
|
Doğulduğu il
|
|
|
|
|
3.
|
Təhsili və ixtisasının artırılması barədə məlumat
|
|
|
|
(haranı və nə vaxt bitirmişdir,
|
|
|
təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı,
|
|
|
|
ixtisasını harada və nə vaxt artırmışdır)
|
|
|
4.
|
Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi) tarix
|
|
|
|
|
|
|
5.
|
Ümumi əmək stajı
|
|
|
|
|
6.
|
Ədliyyə orqanlarında qulluq stajı
|
|
|
|
7.
|
Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
8.
|
Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
9.
|
Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri
|
|
|
|
|
|
|
10.
|
Attestasiyadan keçən işçinin rəy və təklifləri
|
|
|
|
|
|
|
11.
|
Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi
|
|
|
|
|
|
|
11.1.
|
Səslərin sayı: lehinə ___, əleyhinə ____
|
|
|
12.
|
Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)
|
|
|
|
|
|
|
13.
|
Qeyd
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Attestasiya komissiyasının sədri
|
|
/ /
|
|
(imza)
|
|
|
|
|
Attestasiya komissiyasının üzvləri:
|
|
/ /
|
|
(imza)
|
|
Attestasiya komissiyasının katibi
|
|
/ /
|
|
(imza)
|
|
|
|
|
Attestasiyanın tarixi “___” ________________il
|
|
|
|
Attestasiya vərəqəsi ilə tanış olmuşdur
|
|
|
(attestasiyadan keçən şəxsin imzası)
|
|
|
|
|
|
|
14.
|
Attestasiyanın nəticələrinə görə rəhbərliyin qərarı və onun qəbul olunduğu tarix
|
|
|
|
|
____________________
№-li nüsxə
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.