Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 440

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

“Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 270 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 270 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1109; 2010, № 1, maddə 55) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki, dövlət vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi geyim formalarının və fərqləndirmə nişanlarının alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin saxlanılması üçün dövlət büdcəsində müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlər hesabına həyata keçirilir.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında