Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 439

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“bağlanılmış müqavilələr əsasında ödənişli əsaslarla müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılması.”.

2. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.1. Mərkəz dövlət büdcəsinin vəsaitləri və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlər, habelə bağlanılmış müqavilələr əsasında ödənişli əsaslarla müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından, həmçinin elmi tədqiqat işlərindən əldə edilən vəsait və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında