Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 423

Bakı şəhəri, 11 oktyabr 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, maddə 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.4-cü yarımbənddə “Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə,” sözləri “Bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri ilə əvəz edilsin.

2. 5.2-ci bəndə “45” rəqəmindən sonra “və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş 20” sözləri əlavə edilsin.

3. 5.4-cü bənd üzrə:

3.1. birinci abzasda “45” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin;

3.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.”.

4. 5.7-ci bəndə “25” rəqəmindən sonra “və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12” sözləri əlavə edilsin.

5. 6.2-ci bəndə “5” rəqəmindən sonra “və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4” sözləri əlavə edilsin.

6. 7.1-ci bəndin ikinci abzasına “45” rəqəmindən sonra “və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş 20” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında