Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 407

 Bakı şəhəri, 28 sentyabr 2017-ci il

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 612-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 iyun tarixli 1451 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il      9 iyun tarixli 188 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742; 2016, № 12, maddə 2224) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və ikinci abzasında “məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə” sözləri “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası” üzrə:

2.1. adında, 1.1-ci bəndində, 3.1.2-ci yarımbəndində və həmin Qaydanın 1-5 nömrəli əlavələrinin yuxarı sağ küncündə “məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə” sözləri “malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddə “texniki normativ hüquqi aktların məcburi tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin;

2.3. 1.5-ci bənddə “məhsulların (işlərin, xidmətlərin)” sözləri “malların (xidmətlərin, işlərin)” sözləri ilə əvəz edilsin;

2.4. 2.1.1-ci yarımbənddə “məhsullarda texniki normativ hüquqi aktların tələblərinə” sözləri “mallarda müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin;

2.5. 2.2.5-ci yarımbənddə və həmin Qaydanın 1 nömrəli əlavəsində “məhsulun” sözü “malın” sözü ilə əvəz edilsin;

2.6. 2.4-cü bənddə “məhsulların (işlərin, xidmətlərin)” sözləri “malların (xidmətlərin, işlərin)” sözləri ilə əvəz edilsin;

2.7. 3.1.1-ci yarımbənddə “məhsul (iş, xidmət)” sözləri “mal (xidmət, iş)” sözləri ilə və “texniki normativ hüquqi aktların tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin;

2.8. 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərdə “məhsul (iş, xidmət)” sözləri “mal (xidmət, iş)” sözləri ilə əvəz edilsin;

2.9. 3.1.5-ci yarımbənddə “texniki normativ hüquqi aktların tələblərinin” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərin” sözləri ilə və “məhsullar (işlər, xidmətlər)” sözləri “mallar (xidmətlər, işlər)” sözləri ilə əvəz edilsin;

2.10. 3.1.6-cı yarımbənddə, 3.3-cü bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “məhsul” sözü ismin müvafiq hallarında “mal” sözü ilə əvəz edilsin;

2.11. 3.1.7-ci yarımbənddə “məhsulun (işin, xidmətin)” sözləri “malın (xidmətin, işin)” sözləri ilə əvəz edilsin;

2.12. 3.2.6.1-ci yarımbənddə “məhsulların (işlərin, xidmətlərin)” sözləri “malların (xidmətlərin, işlərin)” sözləri ilə və “məhsulun (işin, xidmətin)” sözləri “malın (xidmətin, işin)” sözləri ilə əvəz edilsin;

2.13. həmin Qaydanın 2 nömrəli əlavəsində hər iki halda “məhsulun (işin, xidmətin)” sözləri “malın (xidmətin, işin)” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
 Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında