Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 406

  Bakı şəhəri, 28 sentyabr 2017-ci il

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il  15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 1999-cu il    12 yanvar  tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 46; 2008, № 2, maddə 130) ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın altıncı abzasında “xüsusi razılığın (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759, № 12, maddə 1079; 2005, № 6, maddə 535; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 132; 2015, № 4, maddə 472) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  həmin qərarla təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”nın 4.4.2-ci yarımbəndindən “xüsusi” sözü çıxarılsın;

2.2. həmin qərarla təsdiq edilmiş “Ov etmək üçün icazənin verilməsi qaydası”nın 2.3-cü bəndinin yeddinci abzasından və 2.5.2-ci yarımbəndindən “xüsusi” sözü çıxarılsın;

2.3. həmin qərarla təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası”nın 2.1-ci bəndinin üçüncü abzasından və 2.3.2-ci yarımbəndindən “xüsusi” sözü çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 54, № 6, maddə 535; 2008, № 2, maddə 132; 2014, № 11, maddə 1511) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.7-ci bəndinin birinci abzasının ikinci cümləsindən “xüsusi” sözü çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”nın 8-ci hissəsinin ikinci abzasının birinci cümləsindən “(xüsusi razılıq)” sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
 Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında