Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 399

Bakı şəhəri, 28 sentyabr 2017-ci il

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928; 2016, № 2, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 281 nömrəli və 13 iyul tarixli 287 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın Nümunəvi formasının 1.8-ci bəndindən “icazə, xüsusi razılıq (lisenziya),” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı” üzrə:

2.1. 2.2-ci, 2.17-ci, 2.18-ci, 8.3-cü, 11.4-cü, 11.5-ci, 15.2-ci (hər iki halda), 15.3-cü, 16.4-cü və 18.1-ci bəndlərdə ismin müvafiq hallarında “xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilsin;

2.2. 38.3-cü bənddə “xüsusi icazələr” sözləri “icazələr” sözü ilə əvəz edilsin;

2.3. 2.3-cü, 4.1-ci bəndlər, 5-ci hissə, 6.4-cü, 6.5-ci, 8.1-ci, 8.2-ci, 9.12-ci, 10.1-10.4-cü, 11.2-ci, 11.3-cü, 12.6-cı, 13.4-cü, 14.5-ci, 14.17-ci, 16.1-ci bəndlər, 20-ci hissə, 27.5-ci bənd, 36-1-ci hissə, 38.2-ci və 39.6-cı bəndlər ləğv edilsin;

2.4. 2.4-cü bənddə “Qeyri-dövlət (özəl)” sözləri “Özəl” sözü ilə və həmin bənddə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.5. 4.2-ci bənddə “Xüsusi icazələrin” sözləri “İcazələrin” sözü ilə əvəz edilsin;

2.6. 8.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.4. Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsulllarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”;

2.7. 8.7-ci bənddə “Sənaye qurğularının istismara buraxılmasına xüsusi icazənin” sözləri “Sənaye qaz qurğusunun istismarına icazə” sözləri ilə əvəz edilsin;

2.8. 15.1-ci bənddə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında